“Bornmut” gələn mövsüm ilk dəfə Avropa yarışlarına qatılacaq.
İdman.Biz bildirir ki, İngiltərə Premyer Liqasının 37-ci turunda Andoni İraolanın komandası “Mançester Siti” ilə heç-heçə edib (1:1).
Son oyun gününə qədər “Bornmut” 56 xalla liqa cədvəlində altıncı yerdədir. Bu, klubun 127 illik tarixində ilk dəfə avrokuboklarda iştirakını təmin edir.
Mövsümün son oyununu “Bornmut” səfərdə “Nottingem Forest”lə oynayacaq.
Premyer Liqanın 38-ci turu 24 mayda keçiriləcək.
