“Arsenal”ın yarımmüdafiəçisi Maks Doumen 16 yaş 139 günlüyündə Premyer Liqanın ən gənc qalibi olub.
İdman.Biz bildirir ki, 19 may tarixində Londonun “Arsenal” komandası 2025/26 mövsümünün Premyer Liqa titulunu vaxtından əvvəl qazanıb.
“Arsenal” 22 ildən sonra ilk dəfə Premyer Liqa çempionu olub. Bu, Premyer Liqanın 37-ci turundan sonra baş verib. Həmin oyunda “topçular” “Börnli”yə qalib gəliblər və “Mançester Siti” “Bornmut”la 1:1 hesablı heç-heçə edib.
“Arsenal” 82 xal qazanaraq İngiltərə çempionu olub. “Mançester Siti” 37 oyundan sonra 78 xalla ikinci yerdədir. Xosep Qvardiolanın komandası riyazi olaraq titul qazanmaq şansını itirib.
