Dibala “Roma” ilə danışıqlara baxmayaraq Premyer Liqaya keçməyə hazırdır

20 May 2026 07:18
249
Dibala “Roma” ilə danışıqlara baxmayaraq Premyer Liqaya keçməyə hazırdır

“Roma”nın hücumçusu Paulo Dibala karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

İdman.Biz-in xəbərinə görə, bu barədə Sky Sports sosial media hesabında məlumat verib. Bildirilir ki, argentinalı futbolçu “Roma” klubu ilə müqavilənin uzadılmasına dair danışıqlar aparmasına baxmayaraq, bu yay Premyer Liqaya keçməyə hazırdır.

“Roma” isə oyunçunu öz heyətində saxlamağa əmindir və yeni müqavilənin imzalanacağını gözləyir. Bununla belə, Dibala həmişə İngiltərədə oynamaq arzusunda olub və klubla razılıq əldə olunmazsa, bu yay azad agent olacaq.

Bu mövsüm hücumçu “Roma”da bütün yarışlarda 26 oyuna çıxıb, üç qol vurub və altı məhsuldar ötürmə edib.

İdman.Biz