“Atletiko Madrid” müdafiə xəttini gücləndirmək üçün “Çelsi”nin müdafiəçisi Mark Kukurelyanı əldə etmək imkanlarını araşdırır.
İdman.Biz “Marca”ya istinadla xəbər verir ki, oyunçu yayda İspaniya klubunun prioritet transfer hədəfinə çevrilib.
Mənbənin məlumatına görə, Madrid klubu büdcəsinin əhəmiyyətli bir hissəsini müqaviləyə xərcləməyə hazırdır.
Madridlilərin bəxti onda gətirib ki, Kukurelya artıq İngiltərədə beş mövsüm keçirib və İspaniyaya qayıtmaq istəyir.
Lakin bir əngəl var. “Barselona” da həmin oyunçu ilə maraqlanır və onun qiyməti 2026-cı il Dünya Çempionatından sonra arta bilər. Xabi Alonsonun “Çelsi”nin baş məşqçisi təyin edilməsi London klubunun qərarına təsir göstərə bilər.
Rəsmi danışıqlar hələ başlamayıb.
