ABŞ-nin Missuri ştatının Sent-Luis şəhərində keçirilən RAF 10 turnirində Həmzət Çimayevlə Dillon Danis arasındakı qarşılaşma qalmaqalla başa çatıb.
İdman.Biz xəbər verir ki, görüş Çimayevin rəqibinin diskvalifikasiya olunmasından sonra qələbəsi ilə yekunlaşıb. Amerikalı döyüşçü güləş qarşılaşmasında ağrıdıcı fənd tətbiq etməyə çalışaraq yarışın qaydalarını pozub.
Görüş dayandırıldıqdan sonra vəziyyət nəzarətdən çıxıb. Çimayev Danisi təpiklə vurub və bu, iki komandanın nümayəndələri arasında qarşıdurmaya səbəb olub. Sözlü mübahisə qısa müddətdə hər iki düşərgənin üzvlərinin qoşulduğu kütləvi davaya çevrilib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayımlanıb və döyüş idmanı həvəskarları arasında geniş rezonans doğurub.
Qeyd edək ki, bu qarşılaşma həm Həmzət Çimayevin, həm də Dillon Danisin “Real American Freestyle” liqasında debütü olub.
