Ali Tsokayev: “Böyüklər arasında debütümdə qızıl qazanmaq sevindiricidir” – İDMAN.BİZ ALBANİYADAN

26 Aprel 2026 22:43
143
Ali Tsokayev: “Böyüklər arasında debütümdə qızıl qazanmaq sevindiricidir” – İDMAN.BİZ ALBANİYADAN

“Bu, mənim böyüklər arasında Avropa çempionatında debütümdür. Ümumiyyətlə, beynəlxalq arenada böyüklər səviyyəsində ilk çıxışım idi”.

İdman.Biz Albaniyadan xəbər verir ki, bu sözləri Albaniyada keçirilən Avropa çempionatında qızıl medal qazanan Ali Tsokayev (92 kq) deyib.

İdmançı debütündə qələbə qazanmağın sevincini bölüşüb:

“Debütdə dərhal qızıl medal qazanmaq alındı. Bir ay əvvəl 23 yaşadək güləşçilərin Avropa çempionatında mübarizə aparmışdım. Orada da qalib gəlmişdim. Məşqçilər korpusuna, bütün Azərbaycan Güləş Federasiyasına, azarkeşlərə, həkimlərə, qələbəmizdə iştirakı olan hər kəsə təşəkkür edirəm”.

O, komanda yoldaşlarının məğlubiyyətindən sonra üzərinə düşən məsuliyyətdən də danışıb: “Komanda yoldaşlarımın iki məğlubiyyətindən sonra qalib gəlmək nə dərəcədə çətin idi? Düzünü desəm, bu günü başlamaq istədiyimiz kimi alınmadığı üçün bununla bağlı bir az təzyiq var idi. Normal hazırlaşmışdım və buna görə də qalib gəlmək alındı”.

Tsokayev son olaraq bildirib ki, növbəti il 97 kq çəki dərəcəsində çıxış etmək istəyir.

İdman.Biz