Azərbaycan millisinin baş məşqçisi Avropanın ən yaxşısı seçildi

26 Aprel 2026 11:45
290
Azərbaycan millisinin baş məşqçisi Avropanın ən yaxşısı seçildi

Azərbaycanın sərbəst güləş üzrə milli komandasının baş məşqçisi Xetaq Qazyumov Avropa səviyyəsində yüksək mükafata layiq görülüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis Avropa Güləş İttifaqı tərəfindən 2025-ci ilin ən yaxşı məşqçisi seçilib və xüsusi mükafatla təltif olunub.

Qeyd olunur ki, bu uğur milli komandanın onun rəhbərliyi altında qazandığı nəticələr və sərbəst güləşin inkişafına verdiyi töhfə ilə bağlıdır.

Hazırda Tiranada keçirilən Avropa çempionatında Azərbaycanın sərbəst güləşçiləri 1 qızıl və 1 bürünc medal qazanıb. Bundan əlavə, bu gün daha 4 idmançımız finalda çıxış edəcək, 1 güləşçimiz isə bürünc medal uğrunda mübarizə aparacaq.

İdman.Biz