Cəbrayıl Hacıyev: “Dünya çempionatına daha yaxşı hazırlaşacağam” - İDMAN.BİZ ALBANİYADAN + VİDEO

26 Aprel 2026 20:09
142
Cəbrayıl Hacıyev: “Dünya çempionatına daha yaxşı hazırlaşacağam” - İDMAN.BİZ ALBANİYADAN + VİDEO

“Böyüklər arasında ikinci dəfədir Avropa çempionatında çıxış edirəm. Qızıl medal qazanmaq istəyirdim, amma alınmadı”.

İdman.Biz Albaniyadan xəbər verir ki, bunu dünən Albaniyada keçirilən Avropa çempionatında bürünc mükafatçı olan Cəbrayıl Hacıyev (79 kq) bildirib.

İdmançının sözlərinə görə, növbəti dəfə daha yaxşı nəticə göstərəcək, hazırda isə qüvvəsini dünya çempionatına hazırlığa yönəldəcək.

O əlavə edib ki, sərbəst güləş üzrə Azərbaycan milli komandası layiqincə çıxış edir və bu, uğurlu hazırlığın nəticəsidir.

İdman.Biz