Norveç millisinin hücumçusu Erlinq Holand DÇ-2026-nın ilk turunda Lionel Messinin Əlcəzairə qarşı het-trik etməsinə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, Argentina millisinin 3:0 hesablı qələbə qazandığı görüşdə hər üç qolu Messi vurub.
Holand sosial şəbəkədə argentinalı futbolçu haqqında “Messi dəlidir” yazaraq paylaşımına tac emojisi əlavə edib.

Messi vurduğu üç qolla dünya çempionatlarındakı qol sayını 16-ya çatdırıb. O, bu göstərici ilə Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeyə çatıb.
Qeyd edək ki, Holand özü də DÇ-2026-ya məhsuldar başlayıb. Norveç millisinin İraqı 4:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada hücumçu dubla imza atıb.
