Ançelotti dəyişiklik anonsu verdi: “Futbolçular bilir, sizə deməyəcəyəm”

19 İyun 2026 11:06
117
Ançelotti dəyişiklik anonsu verdi: “Futbolçular bilir, sizə deməyəcəyəm”

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026-nın qrup mərhələsində Haiti ilə oyun öncəsi açıqlama verib.

İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis start heyətində dəyişikliklər edəcəyini bildirib. O, bununla belə, konkret adları açıqlamayıb.

“Dəyişikliklər olacaq. Futbolçular bunu bilir, amma sizə deməyəcəyəm”, - deyə Ançelotti mətbuat konfransında bildirib.

Braziliya mundiala Mərakeşlə 1:1 hesablı heç-heçə ilə başlayıb. Ançelotti ilk oyunda komandasının tam gücünü göstərmədiyini etiraf etsə də, vəziyyətə sakit yanaşdığını söyləyib. Baş məşqçi yığmanın oyun balansını yaxşılaşdırmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, Braziliya DÇ-2026-nın C qrupunda Haiti ilə üz-üzə gələcək. Haiti ilk turda Şotlandiyaya 0:1 hesabı ilə məğlub olub.

İdman.Biz