Meksika millisi DÇ-2026-nın A qrupunda ikinci qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, ev sahibi komanda ikinci turda Cənubi Koreya yığmasını 1:0 hesabı ilə məğlub edib. Qarşılaşma Meksikanın Sapopan şəhərində yerləşən "Akron" stadionunda keçirilib.
Matçda yeganə qol 50-ci dəqiqədə vurulub. Cənubi Koreya millisinin qapıçısının kobud səhvindən sonra müdafiəçi Luis Romo fürsətdən yararlanaraq Meksikaya qələbə qazandırıb.
Bu nəticədən sonra Meksika iki oyundan altı xal toplayıb və A qrupunda birinci yeri təmin edib. Komanda ilk turda Cənubi Afrika Respublikasını 2:0 hesabı ilə məğlub etmişdi. Bu qələbə ilə Meksika pley-offa vəsiqə qazanan ilk komanda olub. Cənubi Koreya isə startda Çexiyaya 2:1 hesabı ilə qalib gəlmişdi.
Növbəti turda Meksika Çexiyanın, Cənubi Koreya isə Cənubi Afrikanın qonağı olacaq. Meksika üçün növbəti tur əhəmiyyət kəsb eləmir. Uduzsa belə, qrup lideri kimi qalacaq.
Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsi 11-27 iyun tarixlərində keçirilir. Pley-offa hər qrupdan iki ən yaxşı komanda, həmçinin üçüncü yeri tutan ən yaxşı səkkiz yığma vəsiqə qazanacaq.
