Dünya çempionatı tarixində ilk dəfə olaraq, rəqib komandaların yaşı 70-dən yuxarı iki baş məşqçisi üz-üzə gəlib.
İdman.Biz bildirir ki, bu, 2026-cı il dünya çempionatında Çexiya və CAR arasında keçirilən A qrupunun ikinci tur oyununda (1:1) baş verib.
Çexiya baş məşqçisi Miroslav Koubekin və Cənubi Afrika millisinin məşqçisi Uqo Broosun 74 yaşı var.
Bu barədə ITV Football özünün X sosial media səhifəsində məlumat verib.
A qrupunun ilk turunda Koubekin komandası Cənubi Koreyaya (1:2), Broosun komandası isə Meksikaya (0:2) məğlub olub. Üçüncü turda Çexiya Meksika (25 iyun), Afrika komandası isə Cənubi Koreya (25 iyun) ilə qarşılaşacaq.
