DÇ-2026: Kanada tarixi qələbəsini altı qolla qazandı - VİDEO

19 İyun 2026 07:37
114
DÇ-2026: Kanada tarixi qələbəsini altı qolla qazandı - VİDEO

Kanada millisi DÇ-2026-da tarixi qələbəyə imza atıb.

İdman.Biz xəbər verir ki, Kanada yığması Qətər millisini 6:0 hesabı ilə darmadağın edib. Bu, komandanın dünya çempionatları tarixində ilk qələbəsi olub.

Kanadalıların heyətində Kayl Larin, Conatan Devid və Neytan-Dilan Saliba fərqləniblər. Conatan Devid üç qol vuraraq het-trik edib. Qətər millisinin yarımmüdafiəçisi Məhəmməd Əl-Mannai isə topu öz qapısından keçirib.

Qətər yığması matçı azlıqda başa vurub. Homam Əl-Amin 33-cü, Assim Madibo isə 53-cü dəqiqədə birbaşa qırmızı vərəqə alıb.

Qeyd edək ki, Kanada tarixində üçüncü dəfə dünya çempionatında çıxış edir. DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Turnir 19 iyulda başa çatacaq.

İdman.Biz