Zidan Argentina ilə oyundakı məğlubiyyətdə günahını etiraf edib

19 İyun 2026 08:14
106
Zidan Argentina ilə oyundakı məğlubiyyətdə günahını etiraf edib

Əlcəzairin qapıçısı Luka Zidan DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Argentinaya 3:0 hesablı məğlubiyyətin məsuliyyətini etiraf edib və milli komanda üzrə yoldaşlarından üzr istəyib.

İdman.Biz bu barədə Ennahar TV-yə istinadən məlumat verir.

Mediada əvvəllər yayılmış xəbərlərdə Argentinaya məğlubiyyətdən sonra Lukanı soyunma otağında atası, Fransa millisi ilə 1998-ci ildə dünya çempionatının qalibi Zinəddin Zidanın dəstəklədiyi bildirilirdi.

Qrup mərhələsinin ikinci turunda Əlcəzair millisi İordaniya (23 iyun), üçüncü turda isə Avstriya (28 iyun) ilə qarşılaşacaq.

İdman.Biz