Qətərli futbolçu sındırdığı ayaq üçün paltardəyişmə otağına getdi - FOTO/VİDEO

19 İyun 2026 09:27
124
Qətərli futbolçu sındırdığı ayaq üçün paltardəyişmə otağına getdi - FOTO/VİDEO

Kanada millisinin baş məşqçisi Cessi Marş Qətər yığmasının yarımmüdafiəçisi Assim Madibonun İsmael Koneyə vurduğu zədəyə görə üzr istədiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, hadisə DÇ-2026-nın qrup mərhələsində Kanada və Qətər milliləri arasında keçirilən oyunda baş verib. Qarşılaşma Kanada yığmasının 6:0 hesablı qələbəsi ilə başa çatıb.

“Futbolçu İsmaeldən üzr istədi. O, paltardəyişmə otağına gəldi. Komanda ona baş verənlər barədə məlumat verdi”, - deyə Marş matçdan sonra keçirilən mətbuat konfransında bildirib.

Hadisə oyunun 55-ci dəqiqəsində yaşanıb. Assim Madibonun kobud müdaxiləsindən sonra İsmael Konenin ayağı sınıb. Qətər millisinin futbolçusu bu epizoda görə qırmızı vərəqə alıb.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilən turnir 19 iyulda başa çatacaq.

İdman.Biz