DÇ-2026-da qrup mərhələsinin ikinci turunda növbəti oyunlar keçiriləcək.
İdman.Biz xəbər verir ki, günün proqramında dörd qarşılaşma yer alıb. ABŞ Avstraliya ilə, Şotlandiya Mərakeşlə, Braziliya Haiti ilə, Türkiyə isə Paraqvayla üz-üzə gələcək.
Günün əsas diqqətçəkən görüşlərindən biri Braziliya - Haiti matçı olacaq. Belə ki, beşqat dünya çempionu birinci turda Mərakeşlə heç-heçə edərək bir xal qazanıb. Türkiyə isə Paraqvay qarşısında qrupdakı vəziyyətini yaxşılaşdırmağa çalışacaq. Qardaş ölkənin komandası ilk turda Avstraliyaya məğlub olub.
DÇ-2026, qrup mərhələsi, ikinci tur
19 iyun
D qrupu
23:00 ABŞ - Avstraliya
20 iyun
C qrupu
02:00 Şotlandiya - Mərakeş
04:30 Braziliya - Haiti
D qrupu
07:00 Türkiyə - Paraqvay
