DÇ-2026-da qalmaqallı görüntü: Azarkeşlərdən narazılıq - VİDEO

19 İyun 2026 11:29
112
DÇ-2026-da qalmaqallı görüntü: Azarkeşlərdən narazılıq - VİDEO

DÇ-2026-da Kolumbiya və Özbəkistan milliləri arasında keçirilən oyundan sonra sosial şəbəkələrdə müzakirələrə səbəb olan görüntülər yayılıb.

İdman.Biz xəbər verir ki, kadrlarda fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan yerlərdə əyləşən bəzi azarkeşlərin Kolumbiyanın qolundan sonra ayağa qalxaraq sevinməsi əks olunub.

Bu görüntülər sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. Azarkeşlər həmin yerlərin həqiqətən ehtiyacı olan şəxslər üçün ayrıldığını vurğulayaraq, bu cür halların yolverilməz olduğunu bildiriblər.

Qeyd edək ki, Kolumbiya millisi DÇ-2026-nın qrup mərhələsində Özbəkistanı 3:1 hesabı ilə məğlub edib.

İdman.Biz