Vozinyanın arzusu gerçəkləşdi: Anası DÇ oyunu üçün yola çıxıb - FOTO/VİDEO

19 İyun 2026 12:45
90
Vozinyanın arzusu gerçəkləşdi: Anası DÇ oyunu üçün yola çıxıb - FOTO/VİDEO

Kabo-Verde millisinin qapıçısı Vozinya üçün DÇ-2026-da emosional hadisə yaşanıb.

İdman.Biz xəbər verir ki, 40 yaşlı qolkiperin anası Ana Kandida Evora ABŞ vizası aldıqdan sonra mundial oyununu stadiondan izləyə biləcək.

Vozinya İspaniya ilə qolsuz heç-heçə etdikləri matçdan sonra anasının tribunada olmamasına görə kədərləndiyini bildirmişdi. Təcrübəli qapıçı həmin görüşdə möhtəşəm oyunu ilə seçilmiş və matçın ən yaxşı futbolçusu adına layiq görülmüşdü.

Məlumata görə, Ana Kandida Evora əvvəlcə viza problemi səbəbindən ABŞ-yə gedə bilməyib. Lakin məsələyə müdaxilədən sonra ona ölkəyə giriş icazəsi verilib.

Beləliklə, Vozinyanın anası Kabo-Verdenin növbəti matçında stadionda olacaq. Bu hadisə qapıçının İspaniyaya qarşı tarixi çıxışından sonra sosial şəbəkələrdə geniş müzakirə olunub.

Qeyd edək ki, Kabo-Verde DÇ-2026-nın ilk turunda İspaniya ilə qolsuz heç-heçə edib.

İdman.Biz