DÇ-2026-nın ən tez qolu vurulub - VİDEO

19 İyun 2026 13:28
117
DÇ-2026-nın ən tez qolu vurulub - VİDEO

DÇ-2026-da ən tez qol rekordu yenilənib.

İdman.Biz xəbər verir ki, Çexiya millisinin futbolçusu Mixal Sadilek Cənubi Afrika Respublikası ilə A qrupunun ikinci tur oyununda fərqlənərək mundialın indiyədək ən erkən qolunun müəllifi olub.

Sadilek görüşün 5-ci dəqiqə 8-ci saniyəsində hesabı açıb. Bununla da o, ilk turdan sonra turnirin ən tez qolunun müəllifi olan Almaniya millisinin futbolçusu Feliks Nmeçanı geridə qoyub. Nmeça Almaniyanın Kurasao üzərində 7:1 hesablı qələbə qazandığı oyunun 5-ci dəqiqə 16-cı saniyəsində fərqlənmişdi.

Çexiya erkən qolla üstünlük qazansa da, qələbəni sona qədər qoruya bilməyib. Cənubi Afrika Respublikası 83-cü dəqiqədə Teboho Mokoenanın penaltidən vurduğu qolla hesabı bərabərləşdirib.

Atlanta şəhərində keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra hər iki komanda qrupdan çıxmaq şansını son tura saxlayıb. Çexiya son turda Meksika, Cənubi Afrika Respublikası isə Cənubi Koreya ilə qarşılaşacaq.

İdman.Biz