DÇ-2026: Holandın dublu Norveçə İraq üzərində darmadağın gətirdi - VİDEO

17 İyun 2026 09:05
116
DÇ-2026: Holandın dublu Norveçə İraq üzərində darmadağın gətirdi - VİDEO

Norveç millisi futbol üzrə DÇ-2026-nın I qrupunda keçirdiyi ilk oyunda İraq yığmasını böyük hesabla məğlub edib.

İdman.Biz xəbər verir ki, ABŞ-nin Foksboro şəhərindəki “Jillet” stadionunda təşkil olunan qarşılaşma Norveçin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Skandinaviya təmsilçisinin heyətində Erlinq Holand dubl müəllifi olub. Digər qolları Leo Estiqor və Kristian Torstvedt vurublar. İraq millisinin yeganə qoluna isə Aymen Hüseyn imza atıb.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı 19 iyulda başa çatacaq. Turnirin son qalibi 2022-ci ildə keçirilən finalda Fransanı penaltilər seriyasında məğlub edən Argentina millisidir.

İdman.Biz