UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İslandiyanın “Vestri” futbol klubu azarkeşlərinə müraciət edib.
İdman.Biz xəbərinə görə, İslandiya klubu rəsmi sosial media hesabı vasitəsi ilə yaydığı müraciətdə fanatların Bakıya mümkün səfəri ilə bağlı paylaşım yerləşdirib.
Müraciətdə bildirilib:
“Bakıya getməyə hazırsınız? “Vestri” klubu Azərbaycandakı Avropa kuboku oyunu üçün ən yaxşı səfər variantlarını araşdırır. Əgər Bakıya futbol səfərinə marağınız varsa, bunu bizə bildirin. Uçuş xərclərinin təxminən 200-250 min İslandiya kronu (2800 - 3500 manat - red.) olacağı gözlənilir.
Şərhlərdə fikrinizi yazın, sonra bunun mümkün olub-olmadığını birlikdə qiymətləndirərik”.

Qeyd edək ki, “Qarabağ”la “Vestri” arasında ilk oyun iyulun 9-u Bakıda, cavab görüşü iyulun 16-da İslandiyada keçiriləcək.
