“Şahdağ Qusar” futbolçu transferini rəsmiləşdirib

19 İyun 2026 10:44
112
“Şahdağ Qusar” futbolçu transferini rəsmiləşdirib

Azərbaycan Birinci Liqasında çıxış edən “Şahdağ Qusar” futbol klubu yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

İdman.Biz xəbər verir ki, bu barədə “Şahdağ Qusar” futbol klubu məlumat yayıb.

Bildirilir ki, komanda heyətini Aqostinyo Çipesse ilə gücləndirib. Anqolalı yarımmüdafiəçi növbəti mövsümü “Şahdağ Qusar”ın heyətində keçirəcək

Qeyd edək ki, A.Çipesse yanvar ayından komandamızın formasını geyinir.

İdman.Biz