“Sabah” futbol klubu yeni mövsümə hazırlığı Avstriyanın Tirol bölgəsində davam etdirir.
İdman.Biz bildirir ki, klubun mətbuat xidməti hazırlıqdan fotolar paylaşıb.
Qeyd edək ki, hazırlıq çərçivəsində son çempionun 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub.
Masazır təmsilçisinin qarşılaşacağı klublardan biri Rumıniyanın “Universitatya Krayova”sıdır.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Sabah” Uelsin “Nyu Seynts” klubu ilə rastlaşacaq. İlk oyun 7-8 iyul-da Bakıda olacaq.
