“Tvente”nin baş məşqçisindən “Qarabağ”la oyunlar öncəsi AÇIQLAMA

17 Avqust 2026 10:37
93
“Tvente”nin baş məşqçisindən “Qarabağ”la oyunlar öncəsi AÇIQLAMA

“Tvente”nin baş məşqçisi Con van den Brom Niderland çempionatında “PEK Zvolle” üzərində 3:1 hesablı qələbədən sonra komandasının çıxışını və “Qarabağ”la qarşıdakı oyunları dəyərləndirib.

İdman.Biz xəbər verir ki, 59 yaşlı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib.

Van den Brom “Tvente”nin meydanda təşəbbüs göstərməsini, yüksək temp və intensivlik nümayiş etdirməsini müsbət qiymətləndirib. O, komandanın hesabda geriyə düşdükdən sonra reaksiyasından da razı qaldığını söyləyib.

Baş məşqçi qarşıdakı “Qarabağ” oyunlarının komanda üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, azarkeşlərin “Qarabağ”la Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda da komandaya dəstək olacağına inandığını bildirib.

“Qarabağ”la ilk qarşılaşma avqustun 20-də Enshededə keçiriləcək. Cavab oyunu isə avqustun 27-də Bakıda baş tutacaq. “Tvente” “PEK Zvolle”ni məğlub etməklə yeni Erediviziya mövsümündə ilk qələbəsini qazanıb.

Van den Brom hücum xəttindəki rəqabətə də toxunaraq Sem Lammers, Vout Veqhorst və Lukas Venneqor of Hesselinkin hər üçünün komanda üçün vacib olduğunu qeyd edib.

İdman.Biz