“Bursaspor” azarkeşlərinin komandalarına göstərdiyi dəstək Türkiyə sərhədlərini aşdı - VİDEO

17 Avqust 2026 10:21
79
“Bursaspor” azarkeşlərinin komandalarına göstərdiyi dəstək Türkiyə sərhədlərini aşdı - VİDEO

Türkiyə Birinci Liqasında çıxış edən “Bursaspor”un azarkeşləri “Iğdır”la oyundan əvvəl komandalarına möhtəşəm dəstək nümayiş etdiriblər.

İdman.Biz xəbər verir ki, Bursa stadionunda tərəfdarlar tribunaları dolduraraq məşhur Türkiyə serialı “Kurtlar Vadisi”nin tanınmış mahnısının sədaları altında komanda üçün xüsusi şou hazırlayıblar.

Tribunaların nümayiş etdirdiyi görüntülər təkcə Türkiyədə deyil, bütün dünyada maraqla qarşılanıb. “Bursaspor” azarkeşlərinin yaratdığı atmosfer sosial şəbəkələrdə də geniş diqqət çəkib.

Qeyd edək ki, sözügedən qarşılaşmada Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun formasını geyindiyi “Bursaspor” növbəti qələbəsini qazanıb. Bursa təmsilçisi ikinci turda doğma meydanda “Iğdır”ı 1:0 hesabı ilə məğlub edib.

Bayramov qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və 71-ci dəqiqədə meydana daxil olub. Bu zaman “Bursaspor” artıq hesabda öndə idi.

İki turdan sonra 6 xal toplayan “Bursaspor” turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

İdman.Biz