“Sabah” braziliyalı müdafiəçini Gürcüstana göndərdi

18 İyun 2026 18:44
94
“Sabah” braziliyalı müdafiəçini Gürcüstana göndərdi

“Sabah” klubu müdafiəçi Andrey Santosu icarəyə verib.

İdman.Biz xəbər verir ki, braziliyalı futbolçu Gürcüstanda çıxış edəcək.

Santos qonşu ölkənin “İberiya” klubuna yollanıb. 21 yaşlı mərkəz müdafiəçisi Gürcüstan çempionatında mövsüm başa çatana kimi Tbilisi klubunun formasını geyinəcək.

Andrey Santos 2025-ci ilin yayından “Sabah”da çıxış edir. Gənc futbolçu Masazır təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.

İdman.Biz