“Turan Tovuz” növbəti mövsüm üçün transfer çalışmalarına start verib.
İdman.Biz idmanxeber.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisi irəli xətti gücləndirmək istəyir.
Rəhbərlik ən qısa vaxtda komandaya hücumçu gətirmək niyyətindədir.
Klubla müqavilə müddəti başa çatan Ayxan Hüseynov və İbrahima Vadjinin durumu qeyri-müəyyəndir. Seneqallı futbolçunun komandadan ayrılacağı gözlənilir.
Millimizin üzvünün isə başqa ölkələrdən təklifləri var. Onun “Turan Tovuz”dakı gələcəyi sual altındadır. “Bozqurdlar” Hüseynova yeni müqavilə təklif etsələr də, hələlik konkret cavab ala bilməyiblər.
Tovuz təmsilçisinin bu səbəbdən yay transfer dönəmində irəli xətti iki futbolçu ilə gücləndiriəcəyi gözlənilir. Onların hər ikisinin legioner olacağı bildirilir.
