Messi ehtiyat oyunçular skamyasından imtina etdi, ot örtüyünün üzərində əyləşdi - VİDEO

19 İyun 2026 09:20
129
Messi ehtiyat oyunçular skamyasından imtina etdi, ot örtüyünün üzərində əyləşdi - VİDEO

2026-cı il dünya çempionatında Argentina – Əlcəzair matçında (3:0) əvəzləndikdən sonra Lionel Messinin davranışı bütün dünyada azarkeşlərin marağına səbəb olub.

İdman.Biz xəbər verir ki, Argentina millisinin kapitanı görüşdə het-trik edib. O, 17-ci dəqiqədə Rodriqo De Paulun ötürməsindən sonra hesabı açıb, daha sonra 60 və 76-cı dəqiqələrdə fərqlənib. Üçüncü qolun məhsuldar ötürməsini isə Nikolas Qonsales verib.

80-ci dəqiqədə meydanı tərk edən Messi yerini Niko Pasa verib.

Ehtiyat oyunçular skamyasında boş yer olmadığından hücumçu Tiaqo Almada öz yerini 38 yaşlı futbolçuya təklif edib. Lakin səkkizqat “Qızıl top” sahibi bu təklifdən imtina edib və komanda yoldaşlarının yanında birbaşa ot örtüyünün üzərində əyləşib.

Qeyd edək ki, Messi dünya çempionatlarında vurduğu qolların sayını 16-ya çatdırıb. O, bu göstəricidə Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozenin rekordunu təkrarlayıb və mundiallar tarixinin ən yaxşı bombardirləri sırasında ona çatıb.

İdman.Biz