25 yaşlı “Tottenhem”in və Niderland millisinin müdafiəçisi Mikki van de Ven “Barselona” və “Liverpul”un maraq dairəsinə düşüb.
Bu barədə İdman.Biz De Telegraaf-a istinadən məlumat verir.
Nəşrin məlumatına görə, hər iki klub oyunçunu transfer etmək üçün fürsət görür, çünki “Tottenhem” hələlik hollandiyalı futbolçunun 30 iyun 2029-cu ilə qədər olan müqaviləsinin uzadılması barədə razılığa gələ bilməyib.
Mikki van de Ven 2023-cü ildən bəri “Tottenhem”də oynayır və İngiltərə klubuna Almaniyanın “Volfsburq”undan keçib.
Ötən mövsüm oyunçu 45 oyun keçirib, yeddi qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 50 milyon avrodur.
