Manor Solomon "Tottenhem"dən "Vest Hem"ə keçir.
İdmanş.Biz bu barədə Fabrizio Romanoya istinadən bildirir.
Müqavilə razılaşdırılıb və tibbi müayinə sabaha planlaşdırılır.
"Tottenhem" israilli yarımmüdafiəçi üçün 5 milyon funt sterlinq və 2 milyon funt sterlinq bonus alacaq. Solomon "Vest Hem"lə üç illik müqavilə imzalayacaq və müqavilənin 2030-cu ilə qədər uzadılması mümkündür.
Ötən mövsüm Solomon "Vilyarreal" və "Fiorentina"da icarə əsasında oynayıb.
