Argentina millisi futbol üzrə DÇ-2026-nın J qrupunda keçirdiyi ilk oyunda Əlcəzair yığmasını böyük hesabla məğlub edib.
İdman.Biz xəbər verir ki, ABŞ-nin Kanzas-Siti şəhərindəki “Errouhed” stadionunda təşkil olunan qarşılaşma Argentina millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün qəhrəmanı Lionel Messi olub. Argentina millisinin kapitanı 17, 60 və 76-cı dəqiqələrdə fərqlənərək het-trikə imza atıb.
Argentina millisi ikinci turda 22 iyunda Avstriya, üçüncü turda isə 28 iyunda İordaniya ilə qarşılaşacaq. Əlcəzair yığması 23 iyunda İordaniya, 28 iyunda isə Avstriya ilə üz-üzə gələcək.
