PSJ bu yay “Bavariya”nın cinah oyunçusu Maykl Oliseni almaqda maraqlıdır.
İdman.Biz bu barədə “L'Equipe”ə istinadən məlumat verir.
Mənbəyə görə, Paris klubu fransız cinah oyunçusunu özlərinə qoşulmağa razı sala biləcəklərinə inanır. Maliyyə məsələləri PSJ üçün maneə olmayacaq. Bundan əlavə, hücumçu Bredli Barkolanın potensial gedişi Olisenin transferini asanlaşdıra bilər.
View this post on Instagram
