Bredli Barkola ciddi zədə alıb və növbəti bir neçə oyunu buraxacaq

19 Mart 2026 00:45
112
Bredli Barkola ciddi zədə alıb və növbəti bir neçə oyunu buraxacaq

“Pari Sen-Jermen”in hücumçusu Bredli Barkola UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Çelsi”yə 3:0 hesabı ilə qalib gəldikləri oyunda sağ topuğundan ciddi şəkildə burxulub.

İdman.Biz bu barədə klubun rəsmi saytına istinadən bildirir.

Mənbənin məlumatına görə, Paris klubu Barkolanın qarşıdakı həftələrdə oynaya bilməyəcəyini təsdiqləyib. O, həmçinin Fransa millisinə çağırılacağına da ümid edə bilməyəcək.

Luis Enrikenin komandası “göylər”i ümumi hesabla 8:2 məğlub edərək yarışın dörddəbir finalına yüksəlib.

İdman.Biz