“Qalatasaray” Osimhenlə bağlı qərarını açıqladı

10 İyun 2026 13:59
90
“Qalatasaray” Osimhenlə bağlı qərarını açıqladı

Türkiyənin “Qalatasaray” futbol komandasının hücumçusu Viktor Osimhenin gələcəyi ilə bağlı klubun mövqeyi bəlli olub.

İdman.Biz xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Dursun Özbək Avropa klublarının marağına baxmayaraq, nigeriyalı futbolçunu satmağı düşünmədiklərini açıqlayıb.

O, uğurlu çıxış edən futbolçuların Avropanın aparıcı komandalarının diqqətini cəlb etməsini normal qarşıladığını bildirib:

“Qalatasaray”da uğurlu olan hər bir futbolçunun Avropanın önəmli klublarının radarına düşməsi çox təbiidir. Bu, klubumuzun düzgün işlər gördüyünü göstərir. Bizim prioritetimiz “Qalatasaray”ın maraqlarıdır. Osimhen dünya səviyyəli futbolçudur və burada xoşbəxtdir. Onu satmaq kimi niyyətimiz yoxdur”.

Qeyd edək ki, Viktor Osimhen ötən mövsüm “Qalatasaray”ın heyətində 33 oyuna çıxıb. Nigeriyalı hücumçu bu matçlarda 22 qol vurub və səkkiz məhsuldar ötürmə edib.

İdman.Biz