16 yaşlı futbolçu 3D printerdə çap edilən butslarla ilkə imza atdı

28 İyul 2026 15:35
103
16 yaşlı futbolçu 3D printerdə çap edilən butslarla ilkə imza atdı

"Philadelphia Union"un yarımmüdafiəçisi Kavan Sallivan MLS tarixində "Adidas"ın 3D çap texnologiyası ilə hazırlanmış xüsusi butslarını geyinən ilk futbolçu olub.

İdman.Biz xəbər verir ki, 16 yaşlı futbolçu ayaqlarının anatomik quruluşuna uyğun xüsusi hazırlanan butslarla meydana çıxıb. Bu ayaqqabı 3D çap texnologiyası vasitəsilə istehsal edilib.

Sallivan həmçinin butsların üzərində ailəsinin mənşəyinə ehtiram əlaməti olaraq Almaniya, ABŞ və Banqladeş bayraqlarının yer almasını istəyib.

İnnovativ butsların rəsmi debütü "Philadelphia Union"un MLS-də "New York Red Bulls" üzərində 3:1 hesablı qələbə qazandığı oyunda baş tutub.

İdman.Biz