İtaliyanın idman naziri Andrea Abodi Andrea Pirlonun milli komandanın baş məşqçisi vəzifəsinə təyinatının ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, nazir bu qərarın Pirlonun Rusiya ilə əlaqəli mərc şirkəti ilə əməkdaşlığı fonunda gündəmə gəldiyini deyib.
“Öz prinsiplərim var və Rusiya ilə əlaqəli mərc şirkəti ilə əməkdaşlıq vəziyyəti asanlaşdırmır. Ancaq mən heç kimə təzyiq göstərməmişəm, heç nə tələb etməmişəm və izahat verməyə də ehtiyac duymuram. 2022-ci ilin fevralından sonra baş verənlər, o cümlədən olimpiya atəşkəsinin pozulması bu məsələyə xüsusi həssaslıqla yanaşmağı tələb edir. Bu amil vəziyyəti daha da mürəkkəbləşdirib. Yekun qərarı isə İtaliya Futbol Federasiyasının prezidenti verir. Mən sadəcə səhvin aradan qaldırılacağını gözləyirəm. Burada əsas məsələ məsuliyyətdir, çünki hər kəs öz vicdanı qarşısında cavabdehdir. Aydındır ki, belə bir vəziyyət ümumiyyətlə yaranmamalı idi”, - deyə Abodi bildirib.
Qeyd edək ki, Andrea Pirlonun baş məşqçi təyinatı sonradan ləğv olunub. Bundan 16 gün sonra isə Paolo Maldini və Leonardo İtaliya Futbol Federasiyasındakı vəzifələrindən ayrılıblar.
