“Qalatasaray”ın təcrübəli yarımmüdafiəçisi İlkay Gündoğan klubun Avstriyadakı təlim-məşq toplanışında maraqlı açıqlamalar verib.
İdman.Biz xəbər verir ki, o, fərdi uğurlardan daha çox komanda oyununa önəm verdiyini vurğulayaraq, əsas məqsədinin komandanın qələbələri və çempionluğu olduğunu deyib.
Gündoğan son dünya çempionu İspaniya millisinin komanda futbolunu nümunə göstərərək, ulduzlardan çox kollektiv oyunun uğur gətirdiyini qeyd edib. Təcrübəli futbolçu Türkiyə Super Liqasının düşündüyündən daha çətin və keyfiyyətli olduğunu, xüsusilə səfər oyunlarında bunu yaxından hiss etdiyini bildirib.
O, ölkədə istedadlı futbolçuların çox olduğunu və onların yetişdirilməsinə daha çox diqqət ayrılmasının vacibliyini söyləyib.
Gündoğan həmçinin uşaqlıqdan bütün ailəsinin “Qalatasaray” azarkeşi olduğunu, bunu karyerası boyu heç vaxt gizlətmədiyini vurğulayıb. Yarımmüdafiəçi dünyanın harasında çıxış etməsindən asılı olmayaraq “Qalatasaray” azarkeşlərinin dəstəyini hiss etdiyini və hazırkı təlim-məşq toplanışında da yüzlərlə fanatın komandanı tək qoymadığını əlavə edib.
