Zidan Fransa millisinə baş məşqçi təyin olundu - RƏSMİ

28 İyul 2026 13:51
101
Zidan Fransa millisinə baş məşqçi təyin olundu - RƏSMİ

Zinəddin Zidan Fransa millisinin baş məşqçi vəzifəsinə təyin olunub.

İdman.Biz xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.

Mütəxəssislə müddəti DÇ-2030-cu ilin sonunadək olan 4 illik müqavilə imzalanıb. O, avqustun 1-dən rəsmən vəzifəsinin icrasına başlayacaq və komandaya UEFA Millətlər Liqasının 2026/2027 mövsümündən rəhbərlik edəcək.

Fransalı mütəxəssis, həmçinin AVRO-2028-in seçmə mərhələsi, UEFA Millətlər Liqasının 2028/2029 mövsümü və DÇ-2030-un seçmə mərhələ oyunlarında yığmanın “sükanı arxasında” olacaq. Onun köməkçiləri sentyabrın əvvəlində müəyyənləşəcək.

Qeyd edək ki, Z.Zidan 1964-cü ildən bəri Anri Qerendən sonra Fransa millisinin tarixində 18-ci baş məşqçidir. O, bu postda Didye Deşamı əvəzləyib.

İdman.Biz
Məqalədə: