Braziliyanın “Santos” klubunun hücumçusu Neymar komanda daxilində gənc futbolçularla münaqişə yaşaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, Braziliya KİV-də guya onun "Şapekoense" matçından sonra paltardəyişmə otağında 21 yaşlı Qabriel Bontemponini təhqir etməsi və 19 yaşlı Joao Ananyasla mübahisə etməsi barədə iddiaları qətiyyətlə təkzib edib.
Neymar sosial şəbəkədə yayımladığı videomüraciətdə bu məlumatların tamamilə yalan olduğunu vurğulayıb.
Onun sözlərinə görə, paltardəyişmə otağında bütün komandaya ünvanlanan ümumi söhbət olub və təcrübəli futbolçular bir-birindən daha yüksək performans tələb ediblər.
Hücumçu heç bir gənc oyunçuya qarşı şəxsi irad və ya təhqirin olmadığını bildirib.
Neymar qalib gəlmək istəyən hər komandada daxili tənqidlərin normal hal olduğunu qeyd edib. O, yalan məlumat yayan şəxsləri futbolun mahiyyətini anlamamaqda ittiham edərək, bu cür xəbərlərin yayılmasını dayandırmağa çağırıb.
