Argentina millisində Messi fərqi: İslandiyaya üç cavabsız qol - VİDEO

10 İyun 2026 11:33
97
Argentina millisində Messi fərqi: İslandiyaya üç cavabsız qol - VİDEO

Argentina millisinin kapitanı Lionel Messi İslandiya ilə yoldaşlıq oyununda meydana sonradan daxil olub və komandasının 3:0 hesablı qələbəsində əsas fiqurlardan birinə çevrilib.

İdman.Biz xəbər verir ki, DÇ-2026 öncəsi son hazırlıq matçında hesabı səkkizinci dəqiqədə Valentin Barko açıb. İkinci hissədə meydana çıxan Messi qısa müddət sonra penalti zərbəsini dəqiq yerinə yetirərək fərqi artırıb.

Qarşılaşmanın sonlarında isə Argentina üçüncü qolu vurub. Tyaqo Almada 86-cı dəqiqədə fərqlənərək yekun nəticəni müəyyənləşdirib. Bu hücumda da Messinin fəal iştirakı diqqət çəkib.

Argentina millisi DÇ-2026-da J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə mübarizə aparacaq.

İdman.Biz