Sosial şəbəkələrdə “Qarabağ” futbol klubunun 21 yaşlı braziliyalı hücumçu Daniel Troiano ilə danışıqlar apardığı iddia olunub.
Məsələ ilə bağlı İdman.Biz “Qarabağ” futbol klubunun mətbuat xidmətinə sorğu ünvanlayıb.
“Transfer məsələsi ilə bağlı hər hansı yenilik və ya rəsmi qərar olacağı təqdirdə, bu barədə məlumat klub tərəfindən rəsmi qaydada ictimaiyyətə açıqlanacaq”, - deyə klubun açıqlamasında bildirilib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustda start veriləcək.
