PSJ çıxış qapısını bağlayıb: Mendeşdən qəti açıqlama

10 İyun 2026 11:59
88
PSJ çıxış qapısını bağlayıb: Mendeşdən qəti açıqlama

PSJ-nin yarımmüdafiəçiləri Juao Neveş və Vitinya yay transfer pəncərəsində komandanı tərk etməyəcəklər.

İdman.Biz xəbər verir ki, bunu futbolçuların agenti Jorje Mendeş açıqlayıb.

O bildirib ki, hər iki oyunçu Paris təmsilçisi üçün toxunulmaz hesab olunur:

“Vitinya və Juao heç vaxt heç kim üçün variant olmayıb. Onlar PSJ üçün toxunulmaz futbolçulardır. Hər ikisi Parisdə çox xoşbəxtdir və titullar qazanmağa davam edəcəklər”.

Qeyd edək ki, son vaxtlar hər iki portuqaliyalı yarımmüdafiəçinin adı Avropanın bir neçə nəhəng klubu ilə hallanırdı.

İdman.Biz