Niderland futbolçuları ad səhvlərindən bezdi - VİDEO

10 İyun 2026 11:16
94
Niderland futbolçuları ad səhvlərindən bezdi - VİDEO

DÇ-2026 ərəfəsində Niderland millisinin futbolçuları mətbuat nümayəndələrinə xüsusi müraciət ünvanlayıblarlar.

İdman.Biz xəbər verir ki, komanda üzvləri soyadlarının tez-tez yanlış tələffüz olunmasından narazılıq edərək, onların düzgün səsləndirilməsi ilə bağlı səsli izahat hazırlayıblar.

Futbolçular jurnalistlərin və azarkeşlərin adlarını doğru şəkildə işlətməsinin vacibliyini vurğulayıblar.

Bu təşəbbüs dünya çempionatı zamanı ünsiyyətdə və yayımlarda səhvlərin minimuma endirilməsinə hesablanıb.

İdman.Biz