Manişe: “Ronaldunun fiziki forması əvvəlki kimi deyil”

10 İyun 2026 10:17
140
Manişe: “Ronaldunun fiziki forması əvvəlki kimi deyil”

Portuqaliya millisinin sabiq futbolçusu Manişe 41 yaşlı Kriştianu Ronaldunun dünya çempionatındakı perspektivləri barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, 48 yaşlı Manişe Portuqaliya mətbuatına açıqlamasında bildirib ki, Ronaldunun fiziki forması əvvəlki kimi deyil.

"Fikrimcə, Ronaldu oynamalıdır. Nə qədər ki, onun istəyi və ambisiyası var, millidə çıxış edəcək. Kriştianu unikal futbolçudur. Bəli, onun fiziki forması 20 il əvvəlki kimi deyil, amma o, hələ də rəqibləri diqqətlərini öz üzərində cəmləməyə məcbur edir və bununla da komanda yoldaşları üçün boş zonalar yaradır. Ronaldu hələ də vacib oyunçudur, amma heyəti seçmək məşqçinin işidir", - deyə Manişe bildirib.

Qeyd edək ki, "Əl-Nəsr"in hücumçusu karyerasında altıncı dəfə dünya çempionatında iştirak edəcək. Portuqaliya millisi DÇ-2026-da Konqo Demokratik Respublikası, Özbəkistan və Kolumbiya ilə eyni qrupda yer alıb.

Əlavə edək ki, bu gün Portuqaliya millisi yoldaşlıq görüşündə Nigeriya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

İdman.Biz