“Maltaya qarşı səfər sindromundan əziyyət çəkirik” - Vaqif Sadıqovun İDMAN.BİZ-ə AÇIQLAMASI

10 İyun 2026 12:58
106
“Maltaya qarşı səfər sindromundan əziyyət çəkirik” - Vaqif Sadıqovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Ayxan Abbasovun rəhbərlik etdiyi futbol üzrə Azərbaycan milli komandası Macarıstanda keçirdiyi təlim-məşq prosesinə yekun vurdu. Komandamız ilk yoxlama oyunda Maltaya 2:0 hesabı ilə uduzsa da, ötən gün San Marino üzərində 2:1 hesablı qələbə qazandı.

Lakin komandamızın ilk oyunda Maltaya uduzması, xüsusu ilə geniş müzakirə edildi. Bir çoxları millidən uğurlu nəticə gözləsə də, Ayxan Abbasovun yetirmələri meydanı məğlub tərk etdilər.

Xatırladaq ki, oxşar nəticə uzaq 2002-ci ildə də qeydə alınmışdı. O zaman təcrübəli mütəxəssis Vaqif Sadıqovun rəhbərlik etdiyi futbol millimiz səfərdə Maltaya minimal hesabla məğlub olmuşdu.

Bu məqamı nəzərə alaraq Vaqif Sadıqovla əlaqə saxlayıb, ondan millinin nümayiş etdirdiyi oyun barədə fikirlərini öyrəndik.

İdman.Biz açıqlama verən Vaqif Sadıqov bildirdi ki, Malta ilə oyunların statistikasına nəzər salsaq, millimizin bu rəqibə qarşı səfər sindromundan əziyyət çəkdiyini deyə bilərik.

“Lakin məğlubiyyətin hər dövr üçün öz səbəbləri var. Öz dövrümdə olan oyunla müqayisə etsəm, söyləyə bilərəm ki, o zaman da bəsit səhvlərdən qapımızda qol görmüşdük. Baxmayaraq ki, hələ o vaxtda, Maltaya qarşı oyunda nəzarət bizim tərəfimizdə idi. Ancaq sürətli əks hücumda rəqib bizi cəzalandırdı. Hesab edirəm ki, məşqçilər heyəti qeyd etdiyim bu çatışmazlığı görür və Millətlər Liqası ərəfəsində bu problemləri aradan qaldırmağa çalışacaqlar”.

İstənilən halda təkcə nəticəyə köklənməyin doğru olmdığını bildirən Sadıqov qeyd etdi ki, bəzi futbolçuların nümayiş etdirdiyi oyun gələcəyə nikbin baxmağa əsas verir.

“Ayxan Abbasovun komandası yüksək pressinq həyata keçirməyə çalışırdı. Düşünürəm ki, bu da Millət Liqası ərəfəsində hazırlıq kimi qiymətləndirmək olar. San Marinoya gəlincə, bu millidə inkişaf müşahidə olunur. Amma oyuna nəzarət bizim əlimizdə idi, standart vəziyyətdə problem özünü göstərdi və erkən qol müəyyən çətinliklər yaratdı. İstənilən halda, düşünürəm ki, nöqsanları aradan qaldırmaq üçün imkanlarımız və istək var. Futbolçularımız istəkli görünür, məşqçinin tapşırıqlarını icra etməyə çalışır”, - deyə müsahibimiz vurduğadı.

İdman.Biz