İspaniyanın “Barselona” futbol klubunda icarə əsasında çıxış edən “Mançester Yunayted”in hücumçusu Markus Reşfordun gələcəyinə aydınlıq gəlmək üzrədir.
İdman.Biz “Marca”ya istinadənxəbər verir ki, kataloniyalılar ingiltərəli futbolçunun transfer hüququnu almaq üçün 30 milyon avro (60 milyon AZN) ödəmək istəmirlər.
“Barselona” bu məbləği yüksək hesab edir və Reşfordun komandada qalması variantından imtina edib. Bu səbəbdən futbolçu icarə müddəti başa çatdıqdan sonra “Mançester Yunayted”ə qayıdacaq.
Markus Reşford ötən mövsümü “Barselona”da icarə əsasında keçirib. 32 oyunda 8 qol vurub.

Qeyd edək ki, Reşford sosial şəbəkə hesabındakı profilindən “Barselona” ilə bağlı qeydi də silib.
