“Arsenal” A Seriyasında Vinisiusa alternativ tapıb

30 İyul 2026 19:44
97
“Arsenal” A Seriyasında Vinisiusa alternativ tapıb

Londonun “Arsenal” klubu “Yuventus”un hücumçusu Kənan Yıldızı “Real Madrid”in hücumçusu Vinisius Juniora alternativ kimi nəzərdən keçirir.

İdman.Biz bu barədə indykaila News-a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, “Arsenal”ın nümayəndələri türk hücumçunun mümkün transferini müzakirə etmək üçün İtaliyaya gəliblər. Yıldız londonlular üçün ehtiyat variant hesab olunur: əgər Vinisius Juniorun “Real Madrid”dən transferi uğursuz olarsa, onu transfer etməyi planlaşdırırlar. Lakin “Yuventus” danışıqlarda sərt mövqe tutur; “Arsenal”ın müqaviləni qəbul etmək üçün əhəmiyyətli bir təklif verməsi lazımdır.

Kənan Yıldız 2022-ci ildə “Bavariya”dan azad agent kimi “Yuventus”a qoşulub. Onun hazırkı müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir. 2025/2026 mövsümündə o, Turin klubunda bütün yarışlarda 47 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə edib. Transfermarkt hücumçunu 75 milyon avro dəyərində qiymətləndirir.

İdman.Biz