“Roma” argentinalı mərkəz hücumçusunun transferini açıqlayıb

30 İyul 2026 20:32
101
“Roma” argentinalı mərkəz hücumçusunun transferini açıqlayıb

21 yaşlı mərkəz hücumçusu Santyaqo Kastro “Bolonya”dan “Roma”ya keçib.

İdman.Biz bildirir ki, transfer Roma komandasının mətbuat xidməti tərəfindən rəsmi saytında açıqlanıb.

Argentinalı futbolçu yeni klubuna daimi olaraq qoşulub. O, “Roma”da 9 nömrəli formanı geyinəcək.

Kastro 2024-cü ilin yanvar ayında Argentinanın “Veles” klubundan İtaliyaya keçib. O, A Seriyasında 79 oyun keçirib, 16 qol vurub və doqquz məhsuldar ötürmə edib. Mediada yayılan məlumatlara görə, transfer haqqı 35 milyon avrodur.

İdman.Biz