Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Mançester Yunayted”in yarımmüdafiəçisi Brunu Fernandeşin transferi ilə bağlı mövqeyini müəyyənləşdirib.
İdman.Biz talkSPORT-a istinadən xəbər verir ki, klub portuqaliyalı futbolçunu heyətinə qatmaq üçün yenidən danışıqlara başlamağı planlaşdırmır.
Məlumata görə, buna səbəb “Əl-Hilal”ın əcnəbi futbolçular üçün nəzərdə tutulan yerləri artıq doldurmasıdır.
Səudiyyə Ərəbistanı təmsilçisi yay transfer dövründə Qabriel Martinelli, Olli Uotkins və Krisensio Summervilli heyətinə qatıb. Bu səbəbdən klubun qış transfer pəncərəsində Fernandeş üçün əlavə yer açacağı gözlənilmir.
32 yaşlı yarımmüdafiəçinin “Mançester Yunayted”dəki gələcəyi isə qeyri-müəyyən olaraq qalır. Onun yeni müqavilə ilə bağlı danışıqlarında irəliləyiş olmadığı bildirilir.
İngiltərə klubunun futbolçu ilə mövcud müqaviləni 2028-ci ilin yayına qədər uzatmaq hüququ var.
Fernandeşin baş məşqçi Maykl Karrikin taktiki qərarlarından narazılığı fonunda Səudiyyə Ərəbistanına mümkün keçidi yenidən gündəmə gəlmişdi.
Qeyd edək ki, “Əl-Hilal” ötən mövsümün əvvəlində də portuqaliyalı futbolçunu transfer etməyə çalışıb. Lakin Fernandeş “Mançester Yunayted”də qalmağa üstünlük verib.
