“Vikinq”in bombardiri “Sabah”la oyunu buraxa bilər

3 Noyabr 2026 19:01
96
“Vikinq”in bombardiri “Sabah”la oyunu buraxa bilər

Norveçin “Vikinq” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la keçirəcəyi oyun öncəsi ciddi itki ilə üzləşə bilər.

İdman.Biz xəbər verir ki, komandanın ən məhsuldar futbolçularından Peter Kristiansenin Azərbaycan təmsilçisinə qarşı meydana çıxması sual altındadır.

Bu barədə “Vikinq”in baş məşqçilərindən biri Byarte Lunde Orsheym oyunöncəsi mətbuat konfransında məlumat verib.

“Peter demək olar ki, bütün oyunlarda iştirak edib. Onun budun arxa əzələsində sərtlik var. Bu, zədə deyil. Amma əsas heyətdə meydana çıxacağına, yoxsa ehtiyatda qalacağına oyun ərəfəsində qərar verəcəyik”, - deyə mütəxəssis bildirib.

Kristiansen cari mövsüm Norveç çempionatında 15 qol vurub. O, bombardirlər siyahısında yalnız “Rusenborq”un futbolçusu Amin Çiaxadan geri qalır.

Orsheym komandanın digər futbolçularının vəziyyətinin yaxşı olduğunu da bildirib.

Qeyd edək ki, “Vikinq” - “Sabah” qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

İdman.Biz